Bu gün yerli vaxtla saat 09:24-də Tacikistanda 6,1 maqnitudalı zəlzələ baş verib.
Heftelik.az xəbər veri ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı Xucand şəhərindən 170 km cənubda, 15 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində 17 yaşayış evi dağılıb, dağıntılar altından 1 uşaq tapılıb.