Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yerli vaxtla saat 176.43-də baş verən zəlzələnin ocağı Amasiyada 6 km dərinlikdə olub.

Sakinlər təlaşla küçələrə axışıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.