Bü gün Kəlbəcərdə baş verən qəzada həlak olan qadın hərbçi İlahə Şahverdiyeva ilə bağlı ürəkdağlayan faktlar məlum olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, İlahə Şahverdiyeva bir il əvvəl gənc oğlunu itiribmiş.

İlahə Şahverdiyevanın atası 1-ci Qarabağ şəhidi, əmisi isə Milli Qəhrəmandır. O, Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev də 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.