Dünən axşam saatlarında Abşeron rayonunun Fatmayı kəndində qətl törədilib.
Heftelik.az-ın Den.az-a istinadən verdiyi məlumata görə, Mehdiabad qəsəbə sakini 1973-cü il təvəllüdlü Həşimov İftixar Nizami oğlu dünən oğlu ilə birgə Fatmayıya gedib və Fatmayı bələdiyyəsinin qarşısında bir qrup şəxslə münaqişə baş verib.
Bu zaman İ.Həşimov avtomobillə K. Məmmədovun maşınını vurub. Kənan da bıçaqla 52 yaşlı kişiyə hücum edib. İftixar Həşimov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Hadisə zamanı Kənan Məmmədovun idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Maşının aldığı zərbənin təsirindən alovlanması və ya K.Məmmədov tərəfindən qəsdən yandırılması hələlik məlum deyil.
Hadisəni törətməkdə şübhəli bilinən Fatmayı sakini Kənan Məmmədov saxlanılıb.
Qeyd edək ki, İftixar Həşimovun böyük oğlu Fərid Həşimov ötən ilin 1 iyun tarixində 23 yaşında yol qəzasına düşərək dostu ilə birgə həyatını itirib.