Baş mütəxəssislərin ödəniş dərəcələrinə olan ixtisas tələbləri məlum olub.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Baş mütəxəssislərin ödəniş dərəcələrinə olan ixtisas tələbləri aşağıdakı kimidir:

13-14-cü dərəcələr: Tikinti trest, birlik və onlara bərabər tutulan təşkilatlarda baş mütəxəssisin vəzifəsini yerinə yetirdikdə (baş mühəndis istisna olmaqla);

15-16-cı dərəcələr: Tikinti, konsern, şirkət, baş idarə və onlara bərabər tutulan təşkilatlarda baş mütəxəssisin vəzifəsini yerinə yetirdikdə (baş mühəndis istisna olmaqla);

16-cı dərəcə: Tikinti idarəsi və onlara bərabər tutulan təşkilatlarda baş mühəndisin vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: Tikinti trest, birlik və onlara bərabər tutulan təşkilatlarda baş mühəndisin vəzifəsini yerinə yetirdikdə.

Tikinti konsern, şirkət, baş idarələrin baş mütəxəssislərinin ödəniş dərəcələri trestin müvafiq mütəxəssislərinin ödəniş dərəcələrinə nisbətən bir dərəcə artırılmışdır. Eyni qayda ilə baş mühəndisin ödəniş dərəcəsini müəyyənləşdirmək üçün trestin baş mühəndisinin ödəniş dərəcəsini bir dərəcə artırmaq lazımdır.