Səyyar vergi yoxlamasının keçirilməsinə cəlb edilən əməkdaş müəyyən olunarkən onun peşəkarlığı, ixtisası, təcrübəsi, bilik və bacarığının yoxlama keçirilən vergi ödəyicisinə və ya sığortaedənə və ya sığortalıya və onun fəaliyyət sahəsinə uyğunluğu nəzərə alınır.
Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.
Səyyar vergi yoxlaması zamanı vergi orqanının vergi ödəyicisinə, sığortaedənə, sığortalıya və ya vergi ödəyicisinin, sığortaedənin, sığortalının vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi, sığortaedən, sığortalı üçün hüquqi qüvvəyə malik deyildir.