Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin və ya sosial sığorta və işsizlikdən sığorta haqqında qanunvericiliyin, yaxud tibbi sığorta qanunvericiliyinin (məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, habelə icbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim edilməsinə münasibətdə) pozulması ilə bağlı vergi ödəyicilərinə və ya sığortaedənlərə, yaxud sığortalıya maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək və ya cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi üçün təkliflər vermək səyyar vergi yoxlamasını keçirən yoxlayıcıların hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.