Diplomatik immunitetə malik şəxslərin yol hərəkəti qaydalarını pozması halında, YPX inspektoru inzibati xəta haqqında protokol tərtib edir.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb. Bu şəxsə sürücülük vəsiqəsi alınmaz, amma protokol tərtib olunacaq. İnzibati məsuliyyət yalnız diplomatik immunitetə malik şəxsin müvafiq icazəsi ilə mümkündür. Bu halda, sənədləşdirmə düzgün şəkildə aparılır.