İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi elektron əmtəə-nəqliyyat qayimələrini rəsmiləşdirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.
Eyni zamanda İstehsalat-texnoloji komplektləşdirmə idarəsinin (itki) istehsalat-komplektləşdirmə sahəsinin rəisi tədarük, yarımfabrikat, material, məmulatların komplekt şəklində, nəzərdə tutulmuş həcmlərdə çatdırılmasının gedişi haqqında sutka, həftə (ongünlük) ərzində olan məlumatları yığır və onları hazır şəklə salır. Sahəyə daxil olan və oradan göndərilən məmulat, material, avadanlıq, düyün və tədarüklərin uçotunu təşkil edir. Konteynerlərin, sahənin balansında olan avadanlıqların istismar və təmirini, avtonəqliyyat və yükləmə-boşaltma maşın və mexanizmlərindən səmərəli istifadə olunmasın təşkil edir. Sənayedən daxil olan və tikintidə istifadə edilən material və məmulatların hazırlıq dərəcəsinin yüksəldilməsinə kömək göstərir.