Yol polisi, kütləvi tədbirlərin keçirilməsi və fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi zamanı, müvafiq hüquqi tələblərə uyğun olaraq ictimai asayişin təmin edilməsində mühüm rol oynayır.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Tədbirlərin həyata keçirilməsi zamanı DYP-nin qüvvə və vasitələrinin düzgün bölüşdürülməsi ərazi daxili işlər orqanlarının rəhbərliyi tərəfindən əməliyyat planlarına uyğun olaraq həyata keçirilir. Bu xidmət, hərəkət təhlükəsizliyini təmin edərək, vəziyyətə uyğun tədbirlərin görülməsini təmin edir.