Helikopterlə xidmət aparmaq əsasən yüksək hərəkət intensivliyinə malik olan və qəza təhlükəli yollarda təşkil olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.
Helikopter, patrul avtomobilləri ilə birlikdə xidmət apararaq yol hərəkəti qaydalarını pozan sürücüləri aşkarlayır. Helikopter xidmətinin əsas məqsədi nəqliyyat vasitələrinə nəzarət etmək, kütləvi tədbirlərdə təhlükəsizlik təmin etmək, qaçırılmış və oğurlanmış nəqliyyat vasitələrini axtarmaqdır. Helikopterin tərkibində YPX inspektoru, radio vasitəsilə patrul avtomobillərinə məlumat ötürür.