Məsul növbətçinin HÜQUQLARI

14 Aprel 2025, 01:24

Məsul növbətçi xidmətə cəlb edilmiş əməkdaşlara rəhbərlik etmək hüququna malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

O, qüvvə və vasitələrin yerindəki müvəqqəti dəyişikliklərini rəhbərliyə məruzə etməlidir. Əməliyyat şəraitində mürəkkəbləşmə olduqda DİN-in müvafiq hissələrinə müraciət edir. Məsul növbətçi, hüquq pozuntusu şübhəliləri saxlamağa və xüsusi vasitələrdən istifadə etməyə səlahiyyətlidir.