DYP tərəfindən qanunsuz saxlanılan nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt” tərtib olunur. İnzibati xəta törədildikdən sonra sənədlər təqdim edildikdə, vasitə sahibinə qaytarılır. Həmin nəqliyyat vasitəsi üçün xüsusi icazə tələb edilmir.