Ayın birinci günü ayın başlanğıcı, on beşinci günü ayın ortası, sonuncu günü isə ayın axırı sayılır.

Heftelik.az-ın məlumatına görə, Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarında əksini tapıb.

Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yəni səyyar vergi yoxlamasının başa çatdırılması mümkün olmadıqda yuxarı vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında Qərar”ına əsasən səyyar vergi yoxlamasının müddəti 90 iş gününə qədər artırıla bilər.