Təlimatlandırma zamanı vəzifəli şəxs, əməkdaşların xidmətə hazır olub-olmadığını yoxlayır, o cümlədən patrul avtomobillərinin işək vəziyyətdə olmasına əmin olur.

Heftelik.az-ın məlumatına görə, bu, Yol-patrul xidməti haqqında Təlimatda əksini tapıb.

Eyni zamanda, əməkdaşların hüquq və vəzifələrini, silahların və xüsusi vasitələrin tətbiqi qaydalarını bilməsi yoxlanılır. Təlimat zamanı əməkdaşlar xidmət aparılacaq ərazi və əməliyyat şəraiti barədə məlumatlandırılır. Həmçinin, naryadların rəhbərləri təyin olunur və əməkdaşlar şəxslərlə ünsiyyətdə diqqətli olmağa çağırılır.