Böyük iş icraçısı (sahə rəisi) tikinti sahəsinin (meydançasının) planının formalaşması üçün işlər toplusunun tərkibini hazırlayır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu; “qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda əksini tapıb.

Eyni zamanda böyük iş icraçısı (sahə rəisi) sahədə dispetçer rabitəsini, istehsalat tapşırıqlarının yerinə yetirilməsi, eləcə də material, konstruksiya detalların daxil olması haqqında gündəlik operativ məlumatların toplanmasını, rəhbərliyə və müvafiq xidmətlərə çatdırılmasını təşkil edir.

İnşaat maşınlarına, nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, konstruksiyalara, detallara, alətlərə, əşyalara sifarişləri tərtib edir və onların yerinə yetirilməsinə nəzarət edir. İş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir. Müqavilə əsasında sahənin obyektlərində işləyən subpodrat təşkilatların, xüsusi işlərin istehsalı üçün, yardımçı bina, enerji təchizat, yerli tikinti materiallarla və s. ilə təmin edir, onların fəaliyyətini əlaqələndirir və onlardan icra olunan işləri qəbul edir.