Əvvəl göndərilən qatarın keçməsi müddətində göstəricilər sahənin tutulu olduğunu göstərirsə, əlavə yoxlama aparılır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu yoxlama radiorabitə və digər vasitələrlə həyata keçirilir. 10 dəqiqə ərzində dəqiqləşdirmə aparılmazsa, qatar qadağanedici siqnalla göndərilə bilər. Maşinist bu barədə məlumatlandırılmalıdır. Xəbərdarlıq DU-54 blankında qeyd olunur. Təhlükəsizlik hər zaman əsas prioritetdir.