Dövlət texniki baxışının keçirilməsinin məqsədləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Həmin məqsədlər aşağıdakılardır:
– Nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkət təhlükəsizliyi qaydalarının, normativlərinin və standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;
– Nəqliyyat vasitələrinin mənsubiyyətini, sayını və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;
– Nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati xətaların qarşısını almaq;
-Qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə: müvafiq kateqoriyalı (аltkateqoriyalı) və etibarlılıq müddətli sürücülük vəsiqəsinin, qeydiyyat şəhadətnaməsinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının ödənilməsi barədə sənədin olmasına, həmçinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsinə nəzarəti təmin etmək.