Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamıyla Himalay Məmişov maliyyə nazirinin müavini təyin edilib.