Ekspertiza müəssisəsinin iradları əsasında tikinti layihəsində müvafiq dəyişikliklər etmək, tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasına müəllif nəzarətini həyata keçirmək, aşkar edilmiş qüsurlar və pozuntular barədə sifarişçiyə və podratçıya məlumat vermək və tikinti obyektinin istismara verilməsində iştirak etmək layihəçinin tikinti prosesində yerinə yetirməli olan əsas vəzifələrindəndir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.