Fəaliyyət göstərən müəssisənin ərazisində tikinti işlərinin yerinə yetirilməsi layihəsi həmin müəssisəni idarə edən təşkilatla razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Sifarişçi, tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin yerinə yetirilməsi üçün lisenziyaya malik fiziki və hüquqi şəxsləri mühəndis-axtarış işlərinin müvafiq növlərinin (mühəndis-geodeziya işləri, mühəndis-geoloji axtarış işləri, mühəndis-hidrogeoloji axtarış işləri, geofiziki işlər, qruntların laboratoriya tədqiqatları) yerinə yetirilməsinə cəlb edir.