Telefon əlaqə növlərində fasilə yarandıqda və radiorabitə vasitəsilə danışıqlar aparıla bilmədikdə vəziyyət dəyişir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Avtomatik bloklamanın saz vəziyyətdə olması, idarəetmə aparatında uzaqlaşma sahələrinin boş olmasına əsaslanır. İkiyollu mənzillərdə qatarların hərəkəti yalnız düzgün dəmir yolu ilə həyata keçirilir.  Biryollu mənzillərdə qatar göndərmək üçün əlaqənin kəsildiyi anda avtomatik bloklamadan istifadə olunur. Bu şərtdə, avtomatik bloklamanın istiqaməti üstünlük təşkil edən tək istiqamətdə olmalıdır. Nəticədə, əlaqənin kəsildiyi anda yalnız həmin istiqamətdə qatar hərəkəti təmin edilir.