Rusiyanın Kemerovo vilayətinin müstəntiqləri insanları oğurlamaqda və işgəncə verməkdə, habelə onları qanunsuz olaraq azadlıqdan məhrum etməkdə və qul əməyindən istifadə etməkdə ittiham olunan üç azərbaycanlının işinə baxır.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, əvvəllər məhkəmə istintaqın vəsatətinə baxmayaraq, onları həbsə göndərməyib və daha yüngül – müəyyən hərəkətlərə qadağa barədə həbs-qətimkan tədbiri seçib. Lakin istintaq zamanı yeni cinayət epizodları üzə çıxıb və bununla bağlı təqsirləndirilən şəxslərin istintaq təcridxanasına salınması ilə bağlı təkrar vəsatət qaldırılıb.

Müstəntiqlərin araşdırmasına görə, 2012-ci ildən bəri, cinayətkarlar Kuzbass şəhərində evsizlər də daxil olmaqla 9 nəfəri qaçırıb və onlardan əmək kimi istifadə ediblər. Oğurlanan qadınlardan biri qaça bilib. Daha sonra hüquq-mühafizə orqanları digər qurbanların da yerini müəyyənləşdirib. Müəyyən olunub ki, zərərçəkənlər işdən imtina etdikləri üçün onlara qarşı fiziki güc tətbiq edilib. Azad olunanlardan ikisi əvvəllər itkin düşmüş şəxslər siyahısına salınıb.