Manevrlər zamanı marşrutların hazırlanması və yoldəyişənlərin çevrilməsi müxtəlif işçilər tərəfindən həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Qatar dispetçeri, radiorabitə və ya stansiya boğazlıqlarında quraşdırılmış dispetçer telefon rabitəsi ilə mərkəzi aparatdan müvafiq göstərişlər verir. Stansiya ehtiyat idarəetməyə verildikdə, infrastruktur sahibinin və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibinin aidiyyəti işçiləri qatarların qəbulu və göndərilməsi əməliyyatlarını yerinə yetirir. Bəzi hallarda, qatar tərtibatçıları və ya digər işçilər tərəfindən çevrilməsi yerinə yetirilən yoldəyişənlər, stansiyanın texniki-sərəncam aktına və ya qeyri-ümumi istifadəli dəmir yollarında xidmətin göstərilməsinə dair təlimata uyğun olaraq yerli idarəetməyə verilə bilər. Ümumi və qeyri-ümumi istifadəli stansiyaların dəmir yollarında tək lokomotivlərin və özügedən xüsusi hərəkət tərkiblərinin hərəkəti zamanı, yerli idarəetməyə verilmiş yoldəyişənlərin çevrilməsi lokomotiv briqadasının bir üzvü tərəfindən həyata keçirilə bilər.