Nəqliyyat vasitələrinə əlavə yanacaq bakının quraşdırılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Bu halda aşağıdakı təhlükəsizlik tələblərinə riayət olunmalıdır:
– əlavə yanacaq bakı zavod tərəfindən istehsal olunmuş baklara uyğun səviyyədə hazırlanmalı, zavodun nəzərdə tutduğu təhlükəsizlik qaydalarına riayət edilməlidir. Yanacaq bakının nəqliyyat vasitəsinə quraşdırılması və bərkidilməsi texniki normalara müvafiq aparılmalı, quraşdırılma elə aparılmalıdır ki, yol nəqliyyat hadisəsi zamanı bak zədələnməsin.
Yenidən quraşdırmalar zamanı bu Təlimatla nəzərdə tutulmayan hallar meydana çıxarsa, qanuna uyğun olaraq qüvvədə olan digər normativlər əsasında Baş DYP İdarəsinin razılığı ilə həyata keçirilə bilər.
Nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi zamanı Dövlət Yol Polisindən, ərazi üzrə qeydiyyat-imtahan bölməsindən və ya müayinə mərkəzindən avtomobilin texniki vəziyyəti barədə texniki baxış aktı tələb oluna bilər.