Qatar göndərilməzdən əvvəl stansiya növbətçisi göndərilmə marşrutunu hazırlayır və çıxış işıqforunu açır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Çıxış işıqforu açıldıqda, qonşu stansiyaya avtomatik olaraq qatarın göndərilməsi barədə bloklama siqnalı verilir. Elektromexaniki bloklama zamanı, qonşu stansiyaya qatarın göndərilməsi haqqında bloklama siqnalı çıxış işıqforu bağlandıqdan sonra ayrılıqda veriləcək. Stansiya növbətçisi, çıxış işıqforu keçildikdən sonra, qonşu stansiyanın növbətçisinə qatarın göndərilməsi vaxtı barədə telefonla məlumat verir. Stansiya növbətçisi həmçinin gəlmə bloklama siqnalının olmasından asılı olmayaraq, çıxış işıqforunu açmaq və qonşu stansiyanın növbətçisinə məlumat vermək səlahiyyətinə malikdir. Bütün əməliyyatlar təlimatlara uyğun həyata keçirilir və təhlükəsizlik təmin edilir.