Prezident İlham Əliyev “Apellyasiya instansiyası məhkəməsi sədrinin müavininin, apellyasiya instansiyası məhkəmələri məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb.
Heftelik.az-ın məlumatına görə, aşağıdakı hakimlər təyin edilib:
apellyasiya instansiyası məhkəmələri üzrə:
– Müşfiq Kamil oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini
– Mehman Dünyamalı oğlu Allahverdiyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri;
– Əlizamin Gülzalı oğlu Abdullayev Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri;
– Elçin Məhəmməd oğlu Mehdiyev Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri;
inzibati məhkəmələr üzrə:
– Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri;
Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə:
– Günay Mikayıl qızı İsmayıl Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin sədri;
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
– Şeyda Ədalət qızı Məhərrəmova Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi və sədri;
– Abbas Əhəd oğlu Rzayev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi və sədri;
– Xəyal Əjdər oğlu Sarıyev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri;
– Azər İslah oğlu Paşayev Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi və sədri;
– Elbəy Hidayət oğlu Allahverdiyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi;
rayon (şəhər) məhkəmələri üzrə:
– Fərid İlham oğlu Əyyubov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri;
– Natiq Mehdi oğlu Abbasov Ağstafa Rayon Məhkəməsinin sədri;
– Elmir Xoşbəxt oğlu Hüseynov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi və sədri;
– Marif Sabir oğlu Kazımov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Kürdəmir Rayon Məhkəməsinin hakimi və sədri;
-Ruslan Əliyar oğlu Əlizadə Yevlax Rayon Məhkəməsinin sədri;
– Gülsarə Kərimovna İmanova Zəngilan Rayon Məhkəməsinin sədri;
– Elşad İbiş oğlu Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
-Elçin Məmməd oğlu Kazımov Abşeron Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Sumqayıt Şəhər Məhkəməsinin hakimi təyin edilsin.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.