Yollarda nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət, DYP-nin stasionar və diaqnostik postlarında həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.

Bu nəzarət, texniki ölçü cihazlarının tətbiqi ilə həyata keçirilir. Eyni zamanda, texniki nəzarət üçün xüsusi avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələri də istifadə olunur. Nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə uyğun aparılır. Texniki nasazlıq aşkarlandıqda və ya tələblərə uyğun gəlməyən nəqliyyat vasitələri saxlanılır və müvafiq müayinəyə cəlb olunur. Bu müayinə zamanı hərəkət iştirakçılarına maneçilik törədilməməlidir. Texniki vəziyyətə nəzarət mümkün qədər qısa müddət ərzində aparılmalıdır. Bu, tıxacların və digər problemlərin qarşısını almağa kömək edir.