Nasaz avtomatik bloklaması olan mənzili məhdudlaşdıran bölmə məntəqələrindən biri xidmət edilmədikdə stansiya növbətçisi tədbir görür.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Avtomatik bloklamanın işi dərhal dayandırılır. Stansiya növbətçisi işə başlayanadək, dəmir yollarının və yoldəyişənlərin vəziyyətini qatar dispetçeri vasitəsilə nəzarət altında saxlayır. Bu halda, qatarların boş mənzilə göndərilməsi xüsusi əmrlə həyata keçirilir.
Əmr belə verilir: “Mənzilində avtomatik bloklama işləmir, stansiyasından nömrəli qatarı göndərməyə və stansiyasının giriş işıqforunadək hərəkət etməyə icazə verirəm, sonra isə onun göstəricilərini rəhbər tutun.”
Əmrin verilməsi ilə birlikdə, qatar dispetçerinin bloklamanın bağlanılması barədə əmri stansiya növbətçisinə ötürülür.