Yük avtomobillərinin şassilərinə bortlu, yükü özüboşaldan banların, çənlərin ( o cümlədən təhlükəli maye çənlərinin) quraşdırılması və ya onların qarşılıqlı surətdə əvəz edilməsi, standart yəhərli qurğuların quraşdırılması və ya digər yük banları ilə qarşılıqlı surətdə əvəz edilməsinə aydınlq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.

Bu halda nəqliyyat vasitəsi aşağıdakı təhlükəsizlik tələblərinə cavab verməlidir:

– eninə olan qabarit ölçülər, tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır;

– ban, çən və ya yəhərli qurğular standart bağlayıcı detallarla bərkidilməlidir; (təhlükəli yük üçün nəzərdə tutulan çənlər müvafiq tələblərə uyğun olmalıdır)

– yəhər qurğusunun arxa körpüyə nisbətən yerləşməsi kütləvi istehsalda olan həmin markalı yəhərli dartqılara uyğun gəlməli və dartqı ilə yarımqoşqunun üfiqi müstəvi üzərində nisbi birləşmə səthində hər tərəfə ən azı 90 dərəcə dönməsini təmin etməlidir.