Qonşu stansiyanın stansiya növbətçisindən əvvəl göndərilmiş qatarın gəlməsi barədə telefonla məlumat almadan stansiya növbətçisinə biryollu mənzillərdə, həmçinin qarşı istiqamətdən qatarın qəbuluna razılıq bloklama siqnalının verilməsi qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Boş mənzildə və düzgün hazırlanmış marşrutda çıxış işıqforu, izolyasiya edilmiş yoldəyişən sahəsinin yanlış tutulu olması səbəbindən açılmadıqda stansiya növbətçisi bu sahənin faktiki boş olduğunu müəyyən etdikdən sonra qatar dispetçerinin razılığı ilə göndərilmə marşrutlarında izolyasiya edilmiş yoldəyişən sahələrin boşluğuna nəzarət düyməsini əvvəlcədən sıxdıqdan sonra çıxış işıqforunu açır. Çıxış işıqforu açıldıqdan sonra qatar göndərilmədikdə stansiya növbətçisi çıxış işıqforunu bağlayır, bu barədə qatarların hərəkəti jurnalında qeydlər aparır və qonşu bölmə məntəqəsinə və qatar dispetçerinə qatarın saxlanılması barədə məlumat verir. Saxlanılmış və ya digər qatarın həmin istiqamətə göndərilməsi bağlı çıxış işıqforunda bu Təlimatın 7 nömrəli əlavəsinin tələblərinə uyğun olaraq tərtib edilmiş DU-52 blankı ilə yerinə yetirilir. Qonşu ayırma məntəqəsi qatarın faktiki göndərilmə vaxtı barədə telefon vasitəsilə məlumatlandırılır. İcra postları olmayan elektromexaniki bloklama zamanı saxlanılmış və ya digər qatarın həmin istiqamətə faktiki göndərilməsindən sonra qonşu ayırma məntəqəsinə bloklama siqnalı verilir.