İzolyasiya edilmiş yoldəyişən sahəsi boşalana qədər və ya yoldəyişənlər izolyasiya asılılığına qoşulmadıqda, həmin yoldəyişənləri yerli idarəetmə pultundan və ya yerli idarəetmənin açarı ilə çevirmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Manevr işi başa çatdıqda, yoldəyişən və manevr dəstəkləri, həmçinin yerli idarəetmənin açarı normal vəziyyətə gətirilməlidir. Manevrlərin rəhbəri bu barədə qatar dispetçerinə məlumat verir və dispetçer stansiyaya müvafiq idarəetmə komandasını göndərir. Yerli idarəetmə pultları bağlı saxlanılmalıdır. Bu pultlardan istifadə və ya onlara texniki xidmət göstərilməsi üçün icazə verilən işçilərin siyahısı, həmçinin pultların açarlarının saxlanması və verilməsi qaydaları infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.