Mühəndis-axtarış işlərinin icraçıları (podratçılar),  sifarişçi ilə bağlanan müqavilənin şərtlərinə uyğun olaraq, geodezik məntəqələr (mərkəzlər) yaratmaq, mədən-qazma işləri aparmaq (buruq quyularının, şurfların və s. qazılması), stasionar müşahidə şəbəkələri yaratmaq, torpaq və qruntlardan, havadan, səthi və yeraltı sulardan, atmosfer yağıntılarından və sənaye tullantılarından nümunələr götürmək, mühəndis-axtarış işlərinin aparılması üçün lazım olan hazırlıq və əlaqədar işləri (meydançaların təmizlənməsi və planlaşdırılması, nişanlama cihazlarının quraşdırılması, sukənarlaşdırıcıların və novların yerləşdirilməsi, yolların, keçidlərin, bərələrin və digər müvəqqəti qurğuların inşası) yerinə yetirmək hüququna malikdirlər.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.