DİN BDYP İdarəsi, regional qeydiyyat-imtahan və texniki baxış şöbələri vasitəsilə nəqliyyat vasitələrinin texniki vəziyyətini yoxlayır.
Heftelik.az-ın məlumatına görə, bu, Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda əksini tapıb.
Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində olan məlumatlar düzgünlük baxımından yoxlanır. Dövlət texniki baxış prosesində hər bir nəqliyyat vasitəsinin məlumatları müqayisə edilir və hər hansı bir saxtakarlıq aşkar edildikdə, məsələ müvafiq orqanlara təqdim olunur. Texniki baxışın keçirilməsi zamanı, həmçinin, avtomobilin mühərrik, ban və şassi nömrələrinin uyğunluğuna diqqət yetirilir. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunması üçün müvafiq sənədlər tələb olunur. Hər bir nəqliyyat vasitəsi haqqında xüsusi Müayinə Vərəqi tərtib edilir və qeydlər aparılır. Texniki baxışın nəticələri əsasən, növbəti texniki baxışın müddətinə qədər qeydə alınır. Müvafiq avadanlıq və cihazların təmir və müayinəsi də həyata keçirilir.