Qarşı istiqamətdən hərəkət edən qatarın maşinisti, radiorabitə vasitəsilə qatar dispetçerindən qonşu dəmir yolunda qatarın dayanması barədə məlumat aldıqda hərəkət sürətini azaldaraq 20 km/saatla davam etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Maşinist, dayanmış qatarın yanından keçərkən maneə ilə qarşılaşarsa, dərhal dayandırmağa hazır olmalıdır. Qonşu dəmir yolunda dayanmış qatarın yanından keçdikdən sonra, əgər maneə ilə qarşılaşmazsa, maşinist qatar dispetçerinə məlumat verərək qatarı işıqforların göstəricilərinə uyğun idarə etməlidir. Bu əməliyyat qatarların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulur. Qatar dispetçeri qarşı istiqamətdən gələn qatara hərəkətə davam etməsi barədə icazə verir. Maşinistin xüsusi diqqətlə hərəkət etməsi və təhlükəsizlik tədbirlərinə əməl etməsi vacibdir.