Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə görə tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və tikintiyə icazə verən orqanın (qurumun) nəzarəti altında aparılır.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Sifarişçi tikintidə nəzarəti həyata keçirmək məqsədilə həmin qurumları tikinti meydançasında tikinti işlərinə başlama tarixi, tikintinin dayandırılması, konservasiyası və (və ya) başa çatdırılması, habelə obyektin istismara verilməsi barədə qabaqcadan məlumatlandırmalıdır.