Birinci sinif təhlükəli yüklərin (partlayıcı maddələr) və qabaritsiz yüklərlə yüklənmiş qatarların qəbulu, göndərilməsi, buraxılması və manevr işləri xüsusi təlimatlara uyğun olaraq həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu əməliyyatlar MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının müəyyən etdiyi qaydalara əsaslanır. Həmçinin, stansiyanın texniki-sərəncam aktı və qeyri-ümumi dəmir yollarında xidmətin göstərilməsi tələbləri də nəzərə alınır. Təhlükəli yük və qabaritsiz yüklərlə bağlı əməliyyatların düzgün icrası üçün müxtəlif beynəlxalq təlimatlar tətbiq edilir. Daşınma əməliyyatlarının təhlükəsizliyini təmin etmək məqsədilə radiorabitə və digər rabitə vasitələrindən istifadə edilir. Hərəkət və manevr əməliyyatları qısa və dəqiq şəkildə idarə olunmalıdır.