Telefon əlaqəsi kəsildiyi anda avtomatik bloklama cüt istiqamətə keçir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Belə halda, birinci qatar üstünlük təşkil edən istiqamətə stansiyadan göndərilir. Qatarlara göndərmə, cüt qatarın mənzili keçib-getmə vaxtından əlavə 10 dəqiqə sonra baş verir. Bu müddətdə idarəetmə aparatının göstəricisi mənzilin boş olduğunu təsdiq etməlidir. Əgər stansiyada üstünlük təşkil edən istiqamətdə yalnız tək lokomotiv varsa, o da birinci göndərilir. Stansiya növbətçisi avtomatik bloklamanı tək istiqamətə dəyişdirərək çıxış işıqforunu açmalı və yazılı bildirişi ünvanlamalıdır.