İstehsalat və qeyri-istehsalat təyinatlı obyektlər üzrə tikintinin təşkilinə dair həllər layihənin tikinti işlərinin təşkili bölməsində, tikinti obyektləri söküldükdə isə tikinti obyektinin sökülməsi layihəsində hazırlanır.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Tikinti işlərinin təşkili bölməsi tikinti layihəsinin ayrılmaz tərkib hissəsi olmaqla, tələblərinə sifarişçi, layihəçi və podratçı tərəfindən mütləq riayət olunmalıdır.