Astarada 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Astara şəhər sakini, 48 yaşlı Nizami Vidadi oğlu Kərimovun meyiti onun yaşadığı ünvanda tapılıb.
İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar edib.
Nizami Kərimov Astara şəhərində tanınmış bərbər kimi fəaliyyət göstərib.