Bakıda ailə-məişət zəminində dəhşətli cinayət törədilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda qeydə alınıb.
Bu gün Yasamal rayonu, general Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında yaşayan Burhan Məmmədov adlı şəxs səhər saatlarında yaşadığı evdə arvadı Xumar Məmmədovanın başını kəsərək öldürüb.
Daha sonra həmin şəxs axşam saat 22 radələrində başqa bir binanın 14-cü mərtəbəsindən özünü ataraq intihar edib.