BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl-Bluşi “Birgə və Sağlam” İctimai Birliyinin Autizm Mərkəzini ziyarət edib.
“Heftelik.Az” xəbər verir ki, səfir və diplomatik nümayəndəliyin əməkdaşları mərkəzin məşğələ otaqları, bilavasitə autizm sindromlu uşaqların həyata inteqrasiyası üçün fəaliyyət göstərən kafe, eləcə də idman və sağlamlıq otaqları ilə tanış olub.
Məlumat verilib ki, mərkəzdə bu qəbildən olan uşaqların cəmiyyətə adaptasiyası üçün hər cür şərait yaradılıb.
Mərkəzin əməkdaşları qonaqlara burada həyata keçirilən layihələr, habelə autizm sindromlu uşaqların həyat və fəaliyyət prosesinə inteqrasiyası üçün vacib olan proseslər barədə ətraflı məlumat verib.
O da qeyd edilib ki, mərkəzin dinləyicisi olan bir sıra gənclər ölkənin müxtəlif sahələrində əmək müqaviləsi əsasında işlə təmin olunub.
Qonaqlar sinif və məşğələ otaqları, mərkəzin daxilində fəaliyyət göstərən dərnəklər, eləcə də autizmli uşaqların xidmət göstərdiyi kafe və əl işləri ilə tanış olub.
Söhbət autizmli uşaqların hazırladığı çay süfrəsi ətrafında davam etdirilib.