Aşağıdakı nasazlıqlar baş verdikdə avtomatik bloklamanın işi dərhal dayandırılır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Mənzildə ardıcıl yerləşən iki və ya daha çox işıqforda siqnal işıqlarının sönməsi və lokomotiv işıqforunda ağ işığın olması əsas səbəblərdəndir. Blok-sahə tutulu olduqda çıxış və ya keçid işıqforlarında icazəverici işığın mövcudluğu da bloklamanın dayandırılmasına gətirib çıxarır. Biryollu mənzildə və ya düzgün olmayan dəmir yolu ilə, ikitərəfli avtomatik bloklaması olan mənzillərdə hərəkət istiqamətinin dəyişdirilməsi mümkün olmur. Bu halda, avtomatik bloklamadan qoyulmuş istiqamət üzrə istifadəyə icazə verilir. Həmçinin, keçid işıqforları olmayan və jezl-açarı ilə təchiz olunmayan mənzillərdə çıxış işıqforunun açılması mümkün deyil.