Çıxış işıqforu bağlı olduqda qatar yalnız xüsusi icazə ilə hərəkət edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Bu icazə dəvətedici siqnal, radiorabitə əmri və ya DU-54 blankı ilə verilir. Maşinist sürətini ümumi dəmir yollarında 20 km/saat, qeyri-ümumi dəmir yollarında isə 15 km/saatla məhdudlaşdırır. Qarşıda maneə olduqda dərhal dayandırmaq tələb olunur. Sonrakı hərəkət avtomatik bloklama siqnallarına əsaslanır. Təhlükəsizlik təminatı əsas şərtdir.