Tikinti başa çatdıqdan sonra tikinti obyektinin qüvvədə olan qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və layihəyə uyğunluğu yoxlanılır, o cümlədən tikintisi başa çatmış tikinti obyektinin istismarına icazə alınır.

Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.

Tikintiyə nəzarət ölçmələrin vəhdətinin təmin edilməsi üzrə normativ sənədlərin (metroloji qayda və normaların) tələblərinə uyğunluğu təsdiq edilmiş və dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmalıdır. Nəzarət sınaqları və ölçmələri ixtisaslaşmış heyət tərəfindən yerinə yetirilməlidir.