Stansiya növbətçisi və ya post növbətçisi növbəyə başlamazdan əvvəl müxtəlif yoxlamalar aparmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

İlk növbədə işlərin planı ilə tanış olunmalı, qatarların qəbulu və göndərilməsi barədə göstərişlər alınmalıdır. İdarəetmə aparatlarının və rabitə qurğularının işlək vəziyyətdə olması yoxlanılmalıdır. Həmçinin, xidmət etdikləri yoldəyişən çeviricilərinin sazlığına əmin olunmalıdır. Təhlükəsiz hərəkət üçün bütün avadanlıqların işlək vəziyyətdə olması vacibdir.