DU-52 blankı, həmçinin çıxış işıqforu bloklamanın saz vəziyyətində öz-özünə bağlanıldıqda (izoləedilmiş seksiya yanlış tutulu olduqda, işıqforun lampası sıradan çıxdıqda və ya çıxış işıqforu səhvən bağlanıldıqda) aparıcı lokomotivin maşinistinə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.

Danışıqların avtomatik qeydə alınma sistemi ilə təchiz edilmiş qatar radiorabitə qurğuları olan stansiyalarda qatarın maşinistinə DU-52 blankının əvəzinə bu Təlimatın 5 nömrəli əlavəsindəki 2-ci cədvəlin 17.1-ci bəndinin tələblərinə uyğun olaraq danışıqları qeydə alan radiorabitə vasitəsilə göndərilmə barədə əmr verilə bilər. Mənzil boş olduqda çıxış işıqforunun təkrar açılmasına imkan verən qurğuları olan stansiyada qatarın göndərilməsi yenidən açılmış çıxış işıqforu ilə yerinə yetirilir. Stansiya növbətçisi çıxış işıqforunun təkrar açılması üçün qurğulardan qatar dispetçerinin razılığı ilə istifadə edir. Biryollu mənzili məhdudlaşdıran stansiyada çıxış işıqforu açıldıqdan sonra qatarı ləngitmək və bu mənzilə qonşu stansiyadan qarşı istiqamətdən qatar göndərmək zərurəti yarandıqda çıxış işıqforu bağlanılır. Yarımavtomatik bloklamadan istifadə dayandırılır və qatarların hərəkəti telefon əlaqəsi vasitəsilə müəyyən edilir.