Düzgün hazırlanmış marşrut üzrə və boş qəbul dəmir yoluna giriş işıqforu açılmadıqda, qatar stansiyaya qatar dispetçerinin maşinistə verdiyi əmrlə, işıqforun qadağanedici göstəricisində daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimatda əksini tapıb.
Bu halda, maşinist xüsusi ehtiyatla hərəkət etməli və ümumi istifadəli dəmir yollarında saatda 20 km-dən, qeyri-ümumi istifadəli dəmir yollarında isə saatda 15 km-dən çox olmayan sürətlə idarə etməlidir. Stansiya ehtiyat idarəetmədə olduqda, qatarın nasaz giriş işıqforunda qəbulu müvafiq təlimatların tələblərinə uyğun olaraq həyata keçirilir. Çıxış işıqforunun nasazlığı zamanı qatarın göndərilməsi, mənzil qarşıdan gələn qatarlardan boş olduqda və hərəkət istiqaməti göndərilən qatar üçün qoyulduqda, qatar dispetçerinin maşinistə verdiyi əmrlə yerinə yetirilir. Bu əmrlə maşinist stansiyadan birinci keçid işıqforuna qədər xüsusi ehtiyatla və müəyyən sürət məhdudiyyətləri ilə hərəkət edir, sonra isə avtomatik bloklamanın siqnallarına uyğun hərəkət edir.