Tikintinin təşkilinə dair həllər meyarlarla qiymətləndirmə, modelləşdirmə üsullarından və müasir kompüter texnologiyalarından istifadə edilməklə ətraflı təhlil əsasında seçilir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Təşkilati-texnoloji sənədlərə tikinti işlərinin yerinə yetirilməsi layihəsi, eləcə də tikinti-quraşdırma işlərinin texnologiyasına dair həlləri özündə əks etdirən, müvafiq qaydada tərtib olunmuş, razılaşdırılmış, təsdiq edilmiş və qeydiyyata alınmış digər sənədlər aiddir.