Şabranda çayda daha bir nəfərin meyiti tapılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, meyiti tapılan şəxsin “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayev olduğu bildirilir.

Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir.

Fakt araşdırılır.

Ötən gün seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəman oğlu və Nağıyev Etibar Hafiz oğlu da “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.

***

saat 10.47

Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.

Onların “Siyəzən Oil” Neft Şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

***

saat 10.28

Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.